Ekspert: "Ermənistan Rusiya ilə müttəfqliyini sınaqdan keçirdi"

Ekspert: "Ermənistan Rusiya ilə müttəfqliyini sınaqdan keçirdi" “Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanla Rusiyanın münasibətləri bir qədər ziddiyyətli hala gəldi. Azərbaycanla münaqişəni kəskinləşdirməklə rəsmi Yerevan bəlkə də Rusiyanın onları həqiqətən də dəstıkləməyə hazır olub-olmadığını, yəni mütt
Qarabağ
28 İyul , 2020 19:54
Ekspert: Ermənistan Rusiya ilə müttəfqliyini sınaqdan keçirdi

“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanla Rusiyanın münasibətləri bir qədər ziddiyyətli hala gəldi. Azərbaycanla münaqişəni kəskinləşdirməklə rəsmi Yerevan bəlkə də Rusiyanın onları həqiqətən də dəstəkləməyə hazır olub-olmadığını, yəni müttəfiqlik münasibətlərini sınaqdan keçirmək istəyib”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Rusiya Xalqlar Dostluğu Universitetinin baş müəllimi Kamran Həsənov Moskva şəhərində keçirilən “Ermənistanla Azərbaycan arasında gərginlik: yeni mərhələ, yoxsa közərən münaqişə?” adlı konfransda dilə gətirib.

“Rusiyanın marağı aydındır: sabitlik olsun, hər iki xalqla mehriban münasibətlər olsun. Mövcud vəziyyət münaqişə tərəflərindən yalnız birinə sərf edir və belə vəziyyət qaldıqca buna bənzər qarşıdurmalar yenə də olacaq”, - ekspert qeyd edib.

Son xəbərlər

Orphus sistemi