Düşmənin Tovuzda öldürdüyü kişinin həyətindən daha bir mərmi tapıldı

Düşmənin Tovuzda öldürdüyü kişinin həyətindən daha bir mərmi tapıldı Ötən gün (15 İyul – Red) saat 10:05-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Ağdam kəndi ərazisinə 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub
Qarabağ
16 İyul , 2020 02:14
Düşmənin Tovuzda öldürdüyü kişinin həyətindən daha bir mərmi tapıldı
0 : 00
0 : 00

Ötən gün (15 İyul – Red) saat 10:05-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Ağdam kəndi ərazisinə 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “Report”a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə cari ilin 14 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmi nəticəsində həlak olmuş,1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun həyətyanı sahəsinə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.  Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisinin (OF-842) partlamış hissəsi aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 150 kv.m əraziyə yerüstü, 40 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi