ATƏT sədrinin şəxsi nümayəndəsi cəbhə xəttində monitorinq keçirəcək

ATƏT sədrinin şəxsi nümayəndəsi cəbhə xəttində monitorinq keçirəcək İyunun 17-də Göygöl rayonunun Ömər dağ keçidindəki Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır
Qarabağ
16 İyun , 2015 09:34
ATƏT sədrinin şəxsi nümayəndəsi cəbhə xəttində monitorinq keçirəcək

Bakı. 16 iyun. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 17-də Göygöl rayonunun Ömər dağ keçidindəki Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Xristo Xristov və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi