ATƏT sədri Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırdı

ATƏT sədri Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırdı "Mən Ermənistan və Azərbaycan arasında sərhəddə müşahidə etdiyimiz zorakılıqların artmasından çox narahatam və insanların məhv olmasını görməzdən əvvəl dərhal atəşin dayandırılmasına qayıtmağa çağırıram".
Qarabağ
15 İyul , 2020 01:07
ATƏT sədri Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırdı
0 : 00
0 : 00

"Mən Ermənistan və Azərbaycan arasında sərhəddə müşahidə etdiyimiz zorakılıqların artmasından çox narahatam və insanların məhv olmasını görməzdən əvvəl dərhal atəşin dayandırılmasına qayıtmağa çağırıram".

“Report” xəbər verir ki, bu sözləri ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri, Avropa və Xarici İşlər naziri Edi Rama deyib.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik vəziyyəti sabitliyə qaytarmağa çalışaraq tərəflərlə sıx əlaqələri dəstəkləyirlər. Azərbaycan və Ermənistan liderləri arasında birbaşa əlaqə 2019-cu ilin martında Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Vyanada görüş zamanı qurulub. Edi Rama belə mexanizmlərin vəziyyətin deeskalasiyası üçün istifadə edilə biləcəyinə ümidini ifadə edib.

ATƏT sədri insan tələfatını qeyd edərək, həlak olanların ailələrinə və dostlarına başsağlığı verib və hər iki tərəfdən zərərçəkənlərin əmin-amanlığı ilə bağlı narahatlığını ifadə edib.

“Biz mümkün olan hər şeyi etməliyik ki, münaqişənin insanlara təsiri azalsın və tezliklə əsaslı danışıqlar başlasın", - Rama deyib. O, Minsk prosesinə dəstək verdiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi