Şahmar Mövsümov: “Yeni holdinqin fəaliyyəti liberallaşmanın başlamasıdır”

Şahmar Mövsümov: “Yeni holdinqin fəaliyyəti liberallaşmanın başlamasıdır” “Prezidentin ötən gün yaradılmasına fərman verdiyi Azərbaycan İnvestisiya Holdinqinin qarşısında dövlət müəssisələrində şəffaf, korporativ qaydaların, müsir idarəetmə sistemlərinin tətbiqi məsələsi vəzifə kimi qoyulub”.
Biznes
8 Avqust , 2020 12:23
Şahmar Mövsümov: “Yeni holdinqin fəaliyyəti liberallaşmanın başlamasıdır”

“Prezidentin ötən gün yaradılmasına fərman verdiyi Azərbaycan İnvestisiya Holdinqinin qarşısında dövlət müəssisələrində şəffaf, korporativ qaydaların, müasir idarəetmə sistemlərinin tətbiqi məsələsi vəzifə kimi qoyulub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Bu holdinqin mövcudluğu həm də bir çox sahələrdə liberallaşma proseslərinin başlamasıdır. Dövlət başçısının dediyim kimi, biz qeyri-neft, özəl sektorun inkişafında maraqlıyıq və dövlət müəssisələrinin şəffaf, effektiv fəaliyyəti də həmin sektorun inkişafına töhvə verəcək”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi