Bakı. 22 oktyabr.REPORT.AZ/ Bu gün səhər saat 6:15-də Pekindən (Çin) Bakıya "J2 068" reysi ilə uçmalı olan təyyarənin uçuş vaxtı dəyişdirilib. Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumat xidmətindən "Report"a verilən məlumata görə, yubanma texniki səbəblərlə bağlıdır.
"AZAL"a məxsus "B787-800" təyyarənin yerli vaxtla saat 17:00-da havaya qalxacağı və 7 saatlıq uçuşdan sonra Bakıya çatacağı bildirilib.