Karantin olan bütün rayonlarda 190 manat veriləcək

Karantin olan bütün rayonlarda 190 manat veriləcək Karantin olan digər rayonlara da 190 manatlıq birdəfəlik yardım veriləcək
Biznes
3 İyul , 2020 17:48
Karantin olan bütün rayonlarda 190 manat veriləcək

190 manatlıq birdəfəlik ödəmələrin karantin tətbiq olunan bütün rayonlara şamil olunması müzakirə olunur və bu barədə qərar qəbul olunacaq.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib:

“Bildiyiniz kimi, 190 manatlıq ödənişlə bağlı Nazirlər Kabinetinin qərarı qəbul olunub. 23 iyun tarixindən tətbiq olunmuş narıncı zonadakı 8 rayon üzrə ödənişlər təmin olunacaq”.

Onun sözlərinə görə, ödənişlər 2 -3 gün ərzində hissə-hissə verilməyə başlanılacaq: “Hissə-hissə verilməsi bankomatların qarşısında sıxlığın yaranmaması  ilə bağlıdır. Yeni əlavə olunan 8 yeni rayon üzrə müzakirələr aparılır və qərar qəbul olunacaq”.

Son xəbərlər

Orphus sistemi