Kanada və ABŞ metala qoyulan rüsumu ləğv edib

Kanada və ABŞ metala qoyulan rüsumu ləğv edib Vaşinqton və Ottava ABŞ-ın Kanadadan polad və alümin idxalına qoyduğu rüsumun və Kanadanın buna cavab olaraq Amerikadan gətirilən bəzi mallara tətbiq etdiyi tariflərin ləğvi haqqında saziş bağlayıb.
Biznes
18 May , 2019 00:56
Kanada və ABŞ metala qoyulan rüsumu ləğv edib

Vaşinqton və Ottava ABŞ-ın Kanadadan polad və alümin idxalına qoyduğu rüsumun və Kanadanın buna cavab olaraq Amerikadan gətirilən bəzi mallara tətbiq etdiyi tariflərin ləğvi haqqında saziş bağlayıb.

"Report" xəbər verir ki, bu barədə Kanada hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Birləşmiş Ştatlar və Kanada bu bəyanatın verilməsindən iki gün sonra ABŞ tərəfindən Kanada alümin və poladına qarşı tətbiq edilən bütün tarifləri və bu hərəkətlərə cavab olaraq Kanadanın tətbiq etdiyi bütün tarifləri ləğv etmək barədə razılaşıb", - deyə iki ölkənin birgə bəyanatında bildirilir.

Son xəbərlər

Orphus sistemi