Dmitri Savelyev: "Azərbaycan Rusiyanın yeganə etibarlı tərəfdaşıdır"

Dmitri Savelyev: "Azərbaycan Rusiyanın yeganə etibarlı tərəfdaşıdır" Azərbaycan ilə Rusiya arasındakı əməkdaşlıq ildən-ilə inkişaf edir.
Biznes
22 Noyabr , 2019 15:54
Dmitri Savelyev: Azərbaycan Rusiyanın yeganə etibarlı tərəfdaşıdır

"Azərbaycan ilə Rusiya arasındakı əməkdaşlıq ildən-ilə inkişaf edir".

Bunu "Report"un Rusiya bürosuna Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

Onun sözlərinə görə, son illərdə iki ölkə arasında bütün sahələrdə - iqtisadiyyat, siyasət, mədəniyyət sahələrində intensivləşmə müşahidə olunur. "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın X Rusiya-Azərbaycan Regionlararası Forumuna səfəri onun nə dərəcədə əhəmiyyətli olduğunu göstərir", - deyə deputat əlavə edib.

"Azərbaycan Rusiyanın etibarlı, deyərdim ki, yeganə etibarlı tərəfdaşıdır", - D.Savelyev qeyd edib.

Turizm sektorundakı əməkdaşlıq barədə danışan deputat bildirib ki, bu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə yardım edən çox vacib sahədir: "Axı nə qədər çox rusiyalı Azərbaycana səfər etsə, bir o qədər çox rusiyalı oranı sevəcək. Belə bir rus deyimi var: "Yeddi dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır".

Son xəbərlər

Orphus sistemi