Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib.
Biznes
15 May , 2019 16:30
Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib

Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirilib. 

"Report" Nazirliyə istinadən xəbər verir ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tekstil, logistika və digər sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.

Biznes forumda Ticarət və Sənaye Palatasının rəhbəri Niyaz Əlizadə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Avstriyanın Türkiyə, Azərbaycan və Gürcüstan regionu üzrə Xarici iqtisadi əlaqələr nümayəndəsi Georg Karabaczek çıxış edərək Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanları barədə məlumat verib, iş adamlarını mövcud potensialdan yararlanmağa dəvət edib.

Sonra Azərbaycanın biznes və investisiya mühiti, Avstriya iqtisadiyyatı haqqında təqdimatlar keçirilib.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi