Azərbaycanla Monako arasında əməkdaşlığa dair sənədlər imzalanıb

Azərbaycanla Monako arasında əməkdaşlığa dair sənədlər imzalanıb Bakıda keçirilən Azərbaycan-Monako biznes forumunda 3 anlaşma memorandumu imzalanıb
Biznes
7 Noyabr , 2016 11:22
Azərbaycanla Monako arasında əməkdaşlığa dair sənədlər imzalanıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Azərbaycan-Monako biznes forumunda iki ölkə arasında əməkdaşlığa dair 3 anlaşma memorandumu imzalanıb.

"Report" xəbər verir ki, əməkdaşlığa dair anlaşma memorandumları Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Monako İqtisadiyyat Palatası, Azərbaycan Ticarət və Sənaye Palatası və Monako İqtisadiyyat Palatası, habelə "AzAlternativ Enerji" MMC ilə Monako Bərpa olunan enerji və ekologiya Palatası arasında imzalanıb.

Forum ikitərəfli görüşlərlə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi