Azərbaycandakı səhmdar cəmiyyətlərdən birinin rəhbərliyi yenidən formalaşdırılacaq

Azərbaycandakı səhmdar cəmiyyətlərdən birinin rəhbərliyi yenidən formalaşdırılacaq “Şərq-Qərb” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Biznes
19 Avqust , 2017 17:23
Azərbaycandakı səhmdar cəmiyyətlərdən birinin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 19 avqust. REPORT.AZ/ Oktyabrın 5-i saat 16:00-da “Şərq-Qərb” ASC-nin (nəşriyyat) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” rəsmi mətbuata istinadən xəbər verir ki, yığıncaq müəssisənin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 17 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin 2016-cı ildəki maliyyə-təsərrüfat fəaliyyət barədə illik hesabatın təsdiq edilməsi, Müşahidə Şurasının tərkibinin formalaşdırılması, baş direktorun və müfəttişin seçilməsi, dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin nəzərə alınması ilə əlaqədar səlahiyyətli şəxsin təyin edilməsi və cari məsələlər daxildir.

Xatırladaq ki, “Şərq-Qərb” ASC 1986-cı ildən fəaliyyət göstərən 4 saylı Bakı kitab mətbəəsinin bazasında 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 589 880 manatdır. 

Son xəbərlər

Orphus sistemi