Azərbaycanda "Influencer" Akademiyası yaradılacaq

Azərbaycanda "Influencer" Akademiyası yaradılacaq Emin Vəliyevin fikrincə, Azərbaycanda yeni olan bu trend yaxın illərdə daha da populyarlaşacaq
Biznes
30 Sentyabr , 2017 14:47
Azərbaycanda Influencer Akademiyası yaradılacaq

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanda yaxın gələcəkdə "Influencer" Akademiyasının yaradılması planlaşdırılır. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Influencer day" tədbirində çıxış edən "Keepface" şirkətinin ("Influencer" platforması) həmtəsisçisi Emin Vəliyev deyib.

E.Vəliyev hesab edir ki, Azərbaycanda yeni olan bu trend yaxın illərdə daha da populyarlaşacaq.

"Influencer"lərin təsnifatlarını açıqlayan E.Vəliyev bildirib ki, sonuncu olan, beşinci təsnifat qrupuna daxil olan sosial şəbəkələrdəki "Səhifələr" və "Qruplar" üstünlük əldə edəcəklər.

Qeyd edək ki, ümumilikdə "Influencer"lər 5 təsnifata - məşhurlar, kreatorlar, engeycerlər, mikro influenserlər, səhifələr və qruplara bölünürlər.

Son xəbərlər

Orphus sistemi