Azərbaycan tütün idxalını 18% azaldıb

Azərbaycan tütün idxalını 18% azaldıb Bakı. 9 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycana 12 960,08 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Biznes
9 Mart , 2018 17:39
Azərbaycan tütün idxalını 18% azaldıb
google.az

Bakı. 9 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycana 12 960,08 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 874,04 min dollar və yaxud 18,15% azdır.

Hesabat dövründə tütün və tütün məmulatları ümumi idxalın 0,89%-ni təşkil edib.

Bu ilin ilk 2 ayı ərzində Azərbaycandan ixrac olunmuş tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 3 140,91 min dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 573,24 min dollar və yaxud, təxminən, 22,33% çoxdur.

Bu məhsulların ixracı ölkənin ümumi ixracının 0,14%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi