Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanın mebel bazarında ixtisaslaşma bazar böyüdükdən sonra mümkün olacaq.
"Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Orxan Bayramov məlumat verib: "Bazar böyüdükdən sonra ixtisaslaşma da olacaq. Bunu sığorta bazarının timsalında artıq görmüşük".
O.Bayramov eyd edib ki, mebelçilər assosiasiyasının uğurlu işləməsinin 60-65%-i insan amilindən asılı olacaq. Onun fikrincə, hazırda Azərbaycanda elektron mebel kataloqu yoxdur: "Assosiasiya bu işi görə bilər. Assosiasiya həmçinin sərgilər təşkil edə bilər".