Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 10 788 ədəd avtomobil idxal edib.
Biznes
19 Avqust , 2019 11:42
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 10 788 ədəd avtomobil idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabat dövründə qonşu ölkədən idxal olunan minik avtomobillərinin ümumi dəyəri 115 mln. 247,1 min dollar təşkil edib.

Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı illik müqayisədə 6 039 ədəd və ya 2,27 dəfə çoxdur.

Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 83 mln. 973,2 min dollar dəyərində 4 749 ədəd avtomobil alıb. 

Son xəbərlər

Orphus sistemi