“Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfelinin tərkibi dəyişib

“Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfelinin tərkibi dəyişib İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) investisiya portfelinin tərkibində dəyişiklik olub.
Biznes
30 İyun , 2020 16:30
“Azərbaycan İnvestisiya Şirkəti”nin investisiya portfelinin tərkibi dəyişib

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) investisiya portfelinin tərkibində dəyişiklik olub.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, AİŞ-in investisiya portfelində sənayenin xüsusi çəkisi 88,7%-dən 84,6%-ə düşüb, əvəzində kənd təsərrüfatının xüsusi çəkisi 7,6%-dən 10,3%-ə, müştərək fondların xüsusi çəkisi isə 3,7%-dən 5,1%-ə çatıb.

Xatırladaq ki, AİŞ ölkə Prezidentinin 30 mart 2006-cı il tarixli, "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 224 milyon manatdır. Şirkətin əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir.

Son xəbərlər

Orphus sistemi