Kənd Təsərrüfatı Nazirliyi Göyçay rayonunda zona müşavirəsi keçirib

Kənd Təsərrüfatı Nazirliyi Göyçay rayonunda zona müşavirəsi keçirib Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Göyçay rayonunda “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş “İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi” və digər məsələlərlə əlaqədar Göyçay, Kürdəmir, Ucar, Ağdaş, Zərdab, İsmayıllı və Ağsu rayonlarından olan mütəxəssislərin, fermerlərin və ailə-kəndli təsərrüfatı sahiblərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
ASK
16 Mart , 2018 16:47
Kənd Təsərrüfatı Nazirliyi Göyçay rayonunda zona müşavirəsi keçirib

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Göyçay rayonunda “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş “İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi” və digər məsələlərlə əlaqədar Göyçay, Kürdəmir, Ucar, Ağdaş, Zərdab, İsmayıllı və Ağsu rayonlarından olan mütəxəssislərin, fermerlərin və ailə-kəndli təsərrüfatı sahiblərinin iştirakı ilə zona müşavirəsi keçirilib.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. 

Məlumata görə, zona müşavirəsində nazirliyin aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək sözügedən Strateji Yol Xəritəsindən irəli gələn vəzifələr və nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə, habelə respublikada heyvandarlıq sahəsinin inkişaf perspektivləri, heyvandarlıqda intensiv metodların tətbiqi və damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər və görülən digər işlər barədə ətraflı məlumat verib.

Zona müşavirəsində heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalanmanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar olub. Heyvandarlığın inkişafı şöbəsində hazırlanan “Təsərrüfatda mövcud olan heyvanlar üzrə yem rasionunun hesablanması və ayrı-ayrı yem bitkiləri üzrə əkin sahələrinə olan tələbatın hesablanmasına dair metodik göstəriş” barədə müşavirə iştirakçılarına məlumat verilib.

Müşavirədə həmin rayonlarda fəaliyyət göstərən iri heyvandarlıq komplekslərinin və emal müəssisələrinin qarşılaşdıqları çətinliklər və bunların aradan qaldırılması yolları müzakirə edilib, ailə-kəndli təsərrüfatlarının sahiblərini və mütəxəssisləri maraqlandıran suallar ətraflı cavablandırılaraq qarşılıqlı fikir mübadiləsi aparılıb.

Həmçinin “Respublika Süni Mayalanma Mərkəzi”ndə çalışan beynəlxalq məsləhətçinin iştirakı ilə müasir quruluşlu mobil laboratoriya, xüsusi təyinatlı maye azot daşıyan avtomobil və digər avadanlıqlar nümayiş edilib.

Müşavirənin sonunda rayon kənd təsərrüfatı idarələrinin heyvandarlıq sektorunun mütəxəssisləri üçün Göyçay rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində heyvanların qeydiyyatının aparılmasına dair təlim keçirilib.

Son xəbərlər

Orphus sistemi