Bakı. 14 mart. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədovun martın 16-da Şamaxı rayonunda İsmayıllı, Qəbələ, Şamaxı, Ağsu, Qobustan və Abşeron rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.
“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşün keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Əlavə məlumat üçün nazirliyin 1652 “Çağrı mərkəzi”nə müraciət etmək olar.