Abşeronda zərərvericilərə qarşı mübarizə aparılır

Abşeronda zərərvericilərə qarşı mübarizə aparılır Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazilərində, əsasən Mehdiabad, Fatmayı, Goradil, Məhəmmədi, Digah və bəzi ərazilərdəki meşə zolaqlarında, yol kənarlarında əkilmiş tut ağaclarında, dövlət fond və bələdiyyə torpaqlarında karantin zərərverici olan yastıcalara qarşı mübarizə aparmaq məqsədi ilə 1 657 ha ərazidə müşahidələr aparılıb.
ASK
27 Avqust , 2019 17:03
Abşeronda zərərvericilərə qarşı mübarizə aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazilərində, əsasən Mehdiabad, Fatmayı, Goradil, Məhəmmədi, Digah və bəzi ərazilərdəki meşə zolaqlarında, yol kənarlarında əkilmiş tut ağaclarında, dövlət fond və bələdiyyə torpaqlarında karantin zərərverici olan yastıcalara qarşı mübarizə aparmaq məqsədi ilə 1 657 ha ərazidə müşahidələr aparılıb.

Nazirikdən “Report”a verilən məlumata görə, müşahidələrin nəticələrinə əsasən 221 ha ərazidə "Tut qalxanlı" və "Unlu" yastıca ilə sirayətlənmə aşkar edilib. Sirayətlənmiş ərazilərin 54 hektarında mexaniki mübarizə tətbiq etməklə müxtəlif ağacların zərərverici ilə sirayətlənmiş budaqları sahədən kənara çıxarılıb və yandırılma yolu ilə məhv edilib.

Zərərvericilərə qarşı 60 hektar ərazidə hektara 250 qr məsarif normasıyla,"THİALAM" preparatından istifadə etməklə kimyəvi mübarizə tədbirləri aparılıb. Hal-hazırda mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, “Tut qalxanlı” yastıcası intensiv coxalan zərərvericidir. O, qısa müddətdə ağaclar üzərində külli miqdarda toplaşaraq koloniyalar əmələ gətirir. Zədələnmə nəticəsində ağacların budaqları və zoğları quruyur, yarpaqları tökülür, meyvənin keyfiyyəti aşağı düşür. Bəzi hallarda zərərverici ilə zədələnmiş cavan ağaclar tamamilə quruyur. Mayalanmış yetkin dişi fərdlər qışlamağa gedir. Aprel ayının 2-3-cü dekadasında dişi fərdlər yumurta qoyur, may ayının əvvəlində yumurtadan süfrələr cıxır. Azərbaycanda 2-3 nəsil verir.

Son xəbərlər

Orphus sistemi