Açar sözü: Səhiyyə Nazirliyi

Azərbaycanda bu günədək meymunçiçəyi ilə bağlı şübhəli hallar qeydə alınmayıb - RƏSMİ

Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ölkə ərazisində, xüsusi ilə sərhəd keçid məntəqələrində meymunçiçəyinə şübhəli hallar üzərində epidemioloji nəzarət gücləndirilib.

5 Sentyabr , 2024 11:42
Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib

Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib. "Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, siyahıya Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi əlavə edilib.

5 Sentyabr , 2024 10:23
FotoAzərbaycanda "Meymunçiçəyi" virusunun yayılmasına qarşı tədbirlər müzakirə olunub

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib. Görüşdə bu ilin noyabr ayında COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili üçün hazırlanmış tədbirlər planı müzakirə olunub.

5 Sentyabr , 2024 10:01
Analitik Ekspertiza Mərkəzi auditor seçib

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi audit xidmətləri ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azfinance And Consulting" MMC-dir.

5 Sentyabr , 2024 09:28
Bu ilin altı ayı ərzində Azərbaycanda 61 böyrək, 54 qaraciyər köçürülüb

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib. Onun sözlərinə görə, 21 nəfərə sümük iliyi, 49 nəfərə gözün buynuz qişası köçürülüb: “Bütün rəqəmlər keçən illə müqayisədə artıb”.

4 Sentyabr , 2024 15:22
Ötən ay 44 aptekdə yoxlama keçirilib, 2-də nöqsan aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi avqust ayı ərzində Bakı şəhəri və digər rayonlar üzrə ümumilikdə 44 aptekdə yoxlama aparıb. Bu barədə "Report"a mərkəzdən məlumat verilib. Qeyd olunub ki, yoxlama 31 aptekdə planlı, 13-də plandan kənar olub.

4 Sentyabr , 2024 11:02
Rusiyada 212 nəfər bağırsaq infeksiyası diaqnozu ilə həkimə müraciət edib

Respublika Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda 70 nəfər stasionar müalicə alır.

3 Sentyabr , 2024 19:43
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək. Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaq.

3 Sentyabr , 2024 15:31
İordaniyada 2024-cü ildə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

“Report” xəbər verir ki, bu barədə İordaniya Səhiyyə Nazirliyinin açıqlamasında deyilir. “Yoluxmuş şəxs İordaniya vətəndaşı olmayan, lakin daimi olaraq ölkədə yaşayan kişidir. Dəridə səpkilər şəklində infeksiya əlamətləri görünən kimi o, karantinə göndərilib. Hazırda vəziyyəti sabitdir.

3 Sentyabr , 2024 02:21
Qəzzada ölənlərin sayı 41 minə çatıb

“Report” xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Qurbanların, zərərçəkənlərin ümumi sayı 94 154 nəfərə çatıb. Son sutkada hərbi əməliyyatlar nəticəsində daha 47 fələstinli ölüb, 94 nəfər isə yaralanıb.

1 Sentyabr , 2024 15:47