Açar sözü: Suriya
“IBAKTECH” Türkiyə, Almaniya, Azərbaycan, İtaliya, Fransa, Sloveniya, Ukrayna, Çin, İran, Livan və Suriyadan 300-dən çox iştirakçı və 500-dən çox brendə ev sahibliyi edəcək.
Kirilo Budanovun sözlərinə görə, gözlənilən terror aktı ilə bağlı məlumat “qrupun Suriyadakı kəşfiyyat şöbəsindən keçib” və oradan “Moskvaya gedib”: “Qoy onlar bütün bunların heç nədən peyda olduğu haqqında nağıl danışmasınlar”.
ABŞ hakimiyyəti Suriya ilə bağlı sanksiya siyahısına bir Rusiya vətəndaşı və şirkətini əlavə edib. Bu barədə “Report” ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətinin bombalanması zamanı Bəhruz Vahidi ölüb. Qeyd edək ki, martın 26-na keçən gecə ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki hədəflərə bir sıra hava zərbələri endirib.
Suriya, Yəmən, Livan, İraq kimi ölkələrdə müxtəlif dövlətlərin himayə etdiyi silahlı qruplaşmalar perspektivdə regiondan kənar dövlətlər üçün də problem ola bilər. Dünyanın aparıcı dövlətləri terroru pisləsə də onun kökünü kəsməkdə aciz görünürlər.
“İraq İslami Müqavimət Hərəkatı”nın dəstəsi ABŞ qüvvələrinin yerləşdiyi Suriyanın Hərrab əl-Cəir aerodromuna raket hücumu həyata keçirib. “Report” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı bildirib. Qeyd olunub ki, aerodrom ərazisində bir neçə güclü partlayış baş verib.
İŞİD-K üzvləri Rusiyanın Çeçenistan, Suriya və Əfqanıstanda apardığı müharibələrə istinad edərək onun əlində müsəlmanların qanı olduğuna inanırlar.
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın Qamışlı bölgəsində yeni əməliyyat keçirib. “Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat verib. Bildirilib ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının rəhbərlərindən biri olan Halil Tekin öldürülüb.
Yaxın Şərq, Ukrayna, Suriya, İraq və Əfqanıstanda olduğu kimi, bu regionda da Rusiya ilə İranın başını silahlı münaqişəyə qatmağa hazırlaşır. Onsuz da bütün bu münaqişə ocaqları onların ərazisindən minlərlə kilometr uzaqdadır.
Şübhəlilər arasında İraq, Suriya və Rusiya vətəndaşları da var. Bir çox hallarda söhbət mütəşəkkil cinayətkarlıqdan gedir.