Açar sözü: Mərkəzi Bank

Foto"Fintex Summit" tədbirinin tarixi açıqlanıb

Məlumata görə, sammit “Visa” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində ABA, Azərbaycan Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi ilə keçiriləcək.

8 May , 2024 11:46
Türkiyənin sığorta brokeri Azərbaycanda xarici təkrarsığortaçıların reyestrinə daxil edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin "UAG Sigorta ve Reasürans Brokerliği" Limited Şirkətini reyestrinə daxil edib. “Report” bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 88-ə çatıb.

8 May , 2024 09:45
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.05.2024)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. "Report" xəbər verir ki, avronun məzənnəsi 0,3 % azalaraq 1,8257 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0186 manat təşkil edib.

8 May , 2024 09:16
Azərbaycanda dollara tələb 2 %-dən çox artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 75,1 milyon ABŞ dolları satılıb. Bu barədə “Report”a AMB-dən məlumat verilib.

7 May , 2024 12:48
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.05.2024)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. "Report" xəbər verir ki, avronun məzənnəsi 0,03 % artaraq 1,8303 manat, Rusiya rublunun məzənnəsi isə 0,5 % artaraq 0,0186 manat təşkil edib.

7 May , 2024 09:19
Taleh Kazımov: "COP29 Azərbaycana "yaşıl maliyyə"nin cəlb edilməsinə müsbət təsir göstərəcək"

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib. Mərkəzi Bank hazırladığı Dayanıqlı Maliyyə Hesabatında 2024-cü ildə iqlim dəyişmələri və ekoloji, sosial va korporativ idarəetmə (ESG) riskləri ilə bağlı hədəflərini açıqlayıb.

6 May , 2024 17:20
AMB Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib

Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə Mərkəzi Banklar və Nəzarət Orqanlarının Şəbəkəsinə (NGFS) üzvlüklə bağlı müraciət edib. “Report” bu barədə AMB-yə istinadən xəbər verir.

6 May , 2024 16:44
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bu həftə, həmçinin İngiltərə Mərkəzi Bankı ilə Avstraliya Mərkəzi Bankının toplantısı baş tutacaq.

6 May , 2024 16:35
Mərkəzi Bankda maliyyə bazarlarındakı son meyllər müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) banklarla maliyyə bazarlarındakı son meyllər müzakirə edilib. "Report" xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

6 May , 2024 11:49
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.05.2024)

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. "Report" xəbər verir ki, avronun məzənnəsi 0,3 % artaraq 1,8297 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0185 manat təşkil edib.

6 May , 2024 09:17