Açar sözü: Formula 1
"Formula 1"in sahibi olan "Liberty Media" MotoGP və WorldSBK motosiklet yarışlarının hüquqlarına sahib olan "Dorna"nı almağa hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "The Financial Times" nəşri iddia irəli sürüb. Tərəflər arasında razılaşmanın olduğu da vurğulanıb.
"Formula 1" üzrə dünya çempionatında iştirak edən "Mercedes" komandasının pilotu Lüis Hemiltonu 2025-ci ildə əvəzləyə biləcək sürücülər müəyyənləşib.
“Formula 1”in növbəti mərhələsi aprelin 5-dən 7-dək Yaponiyada keçiriləcək.
"Red Bull" pilotu Serxio Peres "Formula 1" üzrə Avstraliya Qran-prisinin sıralama turunda etdiyi hərəkətə görə cəzalandırılıb. "Report" xəbər verir ki, bu barədə yarışın stüardları açıqlama yayıblar. "Red Bull"un üzvü sürətli dövrədə "Haas"ın pilotu Niko Hyulkenberqin qarşısını kəsib.
“Formula 1” üzrə Avstraliya Qran-prisində sıralama turunun qalibi məlum olub. “Report”un məlumatına görə, yarış Melburn şəhərində baş tutub. Son dünya çempionu Maks Ferstappen sıralama turunun qalibi olub. “Red Bull”un pilotu martın 24-də baş tutacaq əsas yarışa birinci yerdə başlayacaq.
"Report" xəbər verir ki, bu sözləri "Formula 1" pilotu Karlos Sayns "Sky Sports"a açıqlamasında bildirib. "Ferrari" pilotu zədəsini sağaltmamış yarışlara qayıtmayacağını deyib: "Məşq etməyimə baxmayaraq, yarışlara tam hazır deyiləm. Əlbəttə, bərpa olunmadan yarışlara qatılmaq axmaqlıq olar.
Üçqat “Formula 1” çempionu Maks Ferstappen “Red Bull” komandasından ayrılacağı ilə bağlı xəbərləri təkzib edib. “Report” xəbər verir ki, niderlandlı pilot başqa komandaya keçmək barədə düşünmədiyini açıqlayıb.
"Formula 1"in növbəti mərhələsi martın 22-dən 24-dək Avstraliyada keçiriləcək.
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” yarışında Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi olub. “Report”un məlumatına görə, yarışlar Ciddə şəhər trasında keçirilir. İkinci yeri “Ferrari” komandasından Çarlz Lekler tutub.
"Ferrari" komandasının pilotu Karlos Sayns "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisini səhhətində problem yarandığı üçün buraxacaq.