Açar sözü: Dövlət büdcəsi
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin xərclərinin 4 milyard 967,1 milyon manatı və yaxud 59 %-i cari xərclər, 2 milyard 357,5 milyon manatı və yaxud 28 %-i əsaslı xərclər, 1 milyard 88,0 milyon manatı və yaxud 13 %-i dövlət borcuna xidmətlə bağlı xərclər olub.
Xatırladaq ki, 2024-cü ilin dövlət büdcəsində Prezidentin ehtiyat fondu üçün 300 milyon manat, büdcənin ehtiyat fondu üçün isə 110 milyon manat, cəmi 410 milyon manat vəsait nəzərdə tutulub.
Bu ilin I rübündə Azərbaycanda neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalar 4 milyard 562,6 milyon manat təşkil edib. “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 %, proqnozdan isə 5 % çoxdur.
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 9,2 milyon manatı və yaxud 0,1 %-i dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşüb. “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 118,8 milyon manatı və yaxud 1,3 %-i büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların payına düşüb. “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 159,4 milyon manatı və yaxud 1,7 %-i sair daxilolmaların payına düşüb. “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Bu ilin I rübündə Azərbaycanda dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çox - 1 milyard 88 milyon manat və yaxud dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 55,15 %-i qədər olub.
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 1 milyard 469,9 milyon manatı və yaxud 15,9 %-i gömrük orqanlarının xətti ilə daxilolmaların payına düşüb. “Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bu ilin I rübündə Azərbaycanda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən xərcləmələr 1 milyard 220,7 milyon manat təşkil edib. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.