Açar sözü: Dövlət Sosial Müdafiə Fondu
“McDonald’s Azərbaycan” şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub.
Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial yardımların verilməsində dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu barədə "Report"a DSMF-dən məlumat verilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həbsdə olan sabiq əməkdaşı 6,5 milyon manatdan çox vəsaiti mənimsəməkdə təqsirləndirilir.
Yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 14 faiz və ya 207 mln. manat artaraq 1 mlrd. 701 mln. manat təşkil edib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bu barədə "Report"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar aprelin 9-da, bölgələr üzrə isə aprelin 16-da ödəniləcək.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının pensiya ödənişi başa çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq uğurunu Sinqapurda keçirilən “Festival of Innovation Awards 2024” beynəlxalq müsabiqəsində əldə edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla bu gün tam ödəyib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bu il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,0 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1114,2 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu barədə "Report"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Xatırladaq ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.