Açar sözü: Bakı Metropoliteni
"Bakı Metropoliteni" QSC-nin "Nəsimi" stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbilə qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib.
Bu gün "Bakı Metropoliteni" QSC-nin “İçərişəhər” stansiyasında Novruz şənliyi keçirilib.
Bu ilin yanvar-fevral aylarında "Bakı Metropoliteni" QSC-nin xidmətlərindən 35,1 milyon nəfər istifadə edib. “Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.
Azərbaycanda Novruz bayramının qeyd ediləcəyi 20-21 martda "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək. "Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
“Bakı Metropoliteni” QSC-nin 57 ildir ki, fəaliyyətdə olan “28 May” alçaldıcı yarımstansiyasının yenidən qurulmasına başlanılıb. "Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Dediyim halların tənzimlənməsi məqsədi ilə “Bakı Metropoliteni” əvvəlcədən xüsusi tədbirlər görməyə çalışır və maksimum qüvvə sərf edir", - deyə B.Məmmədov fikrini tamamlayıb.
"Bakı Metropoliteni" QSC-nin “28 May” stansiyası ətrafında mikromobillik infrastrukturunun qurulması nəzərdə tutulur. Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Martın 9-u və 10-da isə Bakı metropolitenində payız-qış hərəkət qrafikinin tələbləri qüvvədə olacaq.
“Report” “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, fevral ayında Bakı metropolitenindən 17 milyon 895 min 498 sərnişin istifadə edib.
Qeyd edək ki, Bakı metropoliteninin bütün stansiyalarında QR biletlə ödəniş sistemi 2023-cü ilin son günü istifadəyə verilib.