Açar sözü: İlham Əliyev
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev neokolonializmi keçmişin utancverici mirası adlandırıb. Bu mirası davam etdirən ölkələrdən ən birincisi də Fransadır.
Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. “Report” xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.
Qeyd edək ki, Rusiya sülhməramlıları Azərbaycan, Ermənistan və Rusiya liderləri - İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında Qarabağda yerləşdiriliblər. Sənədə əsasən, onlar 2025-ci ilə qədər bölgədə qala bilərlər.
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin Azərbaycana keçməsi prosesində bütün üzv ölkələrə, o cümlədən Qazaxıstan tərəfinə təşəkkürünü bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. “Report”un məlumatına görə, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb.
Azərbaycanın böyük münaqişələrdən kənarda qalmaq siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.