Açar sözü: Çempionlar Liqası

İtaliyanın Çempionlar Liqasında 5 komanda ilə təmsil olunacağı rəsmiləşib

İtaliyanın UEFA Çempionlar Liqasının (ÇL) 2024/2025 mövsümündə 5 komanda ilə təmsil olunacağı rəsmiləşib. “Report” xəbər verir ki, bu, “Atalanta” və “Roma”nın UEFA Avropa Liqasında (AL) yarımfinala yüksəlməsi ilə dəqiqləşib.

19 Aprel , 2024 10:35
Üç Almaniya klubu 29 ildən sonra eyni vaxtda avrokubokların yarımfinalına yüksəlib

"Report" xəbər verir ki, "Bavariya" və "Borussiya" (Dortmund) Çempionlar Liqasında, "Bayer 04" isə Avropa Liqasında bu mərhələyə adlayıblar. Sonuncu dəfə bu hadisə 1994/1995 mövsümündə yaşanıb. Həmin komandalar avrokubokların yarımfinalında oynayıblar.

19 Aprel , 2024 10:22
UEFA “Barselona” klubunu cərimələyib

“Report” qitə futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Fransa təmsilçisi PSJ ilə oyunda azarkeşlərin davranışı səbəb olub.

18 Aprel , 2024 18:54
UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərindən sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb. “Report” xəbər verir ki, bunlar Yulian Brandt (“Borussiya”, Dortmund), Usman Dembele (PSJ), Yozua Kimmix (“Bavariya”), Federiko Valverdedir. (“Real”).

18 Aprel , 2024 11:31
Çempionlar Liqası: “Real” yarımfinala yüksəlib

İspaniyanın “Real" klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin “Mançester Siti” kollektivini penaltilər seriyasında yenərək turnirin yarımfinalına vəsiqə qazanıb. “Report” xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

18 Aprel , 2024 01:56
Çempionlar Liqası: “Bavariya” “Arsenal”ı yenərək yarımfinala vəsiqə qazanıb

Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək. Turnirin hazırkı qalibi “Mançester Siti”dir.

18 Aprel , 2024 01:08
Çempionlar Liqası: Mbappe qol sayında məşhur futbolçulara çatıb - SİYAHI

Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe Çempionlar Liqasında vurulan qolların sayına görə isveçli Zlatan İbrahimoviç və ukraynalı Andrey Şevçenkoya çatıb.

17 Aprel , 2024 13:13
“Barselona”nın futbolçuları tarixə düşüblər

“Report” xəbər verir ki, adıçəkilən oyunçular UEFA Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində Fransanın PSJ klubu ilə cavab matçında bunu gerçəkləşdiriblər. Qarşılaşmada hesabı açan Rafinya kataloniyalıların turnirdəki 600-cü qolunun müəllifi olub.

17 Aprel , 2024 11:01
"Atletiko" 19 ildən sonra antirekordunu təkrarlayıb

Komanda son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında Almaniyada Dortmund "Borussiya"sına uduzub - 2:4. "Atletiko" sonuncu dəfə 2005-ci ildə 11 qarşılaşmada qapısında top görüb.

17 Aprel , 2024 10:36
Mbappe cari mövsüm “Top-5” liqalarda 40-dan çox qol vuran ilk futbolçu olub

"Report"un məlumatına görə, 25 yaşlı oyunçu bunu İspaniyada "Barselona"ya 4:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda dubl etməklə bacarıb. Forvard Liqa 1-də 24, Fransa Kubokunda 8, ölkə Superkubokunda 1, Çempionlar Liqasında 8 dəfə fərqlənib.

17 Aprel , 2024 10:19