TANAP layihəsinin icrası plana uyğun həyata keçirilir

TANAP layihəsinin icrası plana uyğun həyata keçirilir Səfir Alper Coşkun: "Türkiyənin TANAP-ın zəifləməsinə səbəb olacaq addım atmasını düşünmək düz deyil"
Energetika
12 Dekabr , 2014 13:09
TANAP layihəsinin icrası plana uyğun həyata keçirilir
Bakı. 12 dekabr. REPORT.AZ/ Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşası layihəsinin icrası mövcud plana uyğun reallaşdırılır. Türkiyə ərazisində boru kəmərinin çəkiləcəyi yer artıq seçilib və burada aparılan hazırlıq işləri tamamlanır. "Report"un verdiyi xəbərə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun jurnalistlərə açıqlamasında məlumat verib.

“Dolayısı ilə "Şahdəniz-2" layihəsinin inkişaf etdirilməsi məqsədi ilə Türkiyəyə gedən mövcud boru xəttinin genişləndirilməsi işlərinə paralel olaraq TANAP-ın həyata keçirilməsi istiqamətində çalışmaları birlikdə davam etdiririk. Bu, asan iş deyil və sinxronlaşdırma tələb edir. Deyə bilərəm ki, bunu uğurla idarə edirik və zamanında BTC layihəsi də bir xəyal idi, bu gün isə artıq reallıqdır. TANAP da eyni ilə reallaşacaq. Biz bunu bacaracağıq və addım-addım buna tərəf irəliləyirik", - deyə səfir bildirib.

Səfir bu yaxınlarda Türkiyə ilə Rusiya arasında yeni qaz kəmərinin çəkilməsinə dair ilkin sənədin imzalanması ətrafında TANAP-la bağlı səsləndirilən fikirlərə də cavab verib: "Bu layihənin TANAP ilə qarşı-qarşıya qoyulması yersizdir. Türkiyənin TANAP-ın zəifləməsinə səbəb olacaq addım atmasını düşünmək düz deyil. Bu layihələr həyata keçiriləcəyi təqdirdə bir-birini tamamlayacaq". 

Son xəbərlər

Orphus sistemi