Yuxarı
    Bağlamaq

    Avropa Oyunları çempionu: "Yenə əziyyət çəkib, qızıl medal qazanacağam"

    Azərbaycan boksçusu 2016-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında şanslarını dəyərləndirib

    Bakı. 26 iyun. REPORT.AZ/ Son döyüşüm ağır olmadı çünki bundan əvvəl beş döyüş keçirdim və artıq formaya düşmüşdüm. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın boks üzrə Avropa Oyunları çempionu Teymur Məmmədov deyib. 

    Onun sözlərinə görə yarışmalarda onun üçün ən çətin döyüş birinci döyüş olub. Qələbəsini kimə həsr etdiyi barədə suala cavabında T.Məmmədov deyib ki, bir həftədən sonra onun övladının dünyaya gəlməsi gözlənilir, qələbəni də məhz bu hadisəyə həsr edir.
    Azərbaycan boksçusu 2016-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarında şanslarını dəyərləndirərkən deyib ki, həmin yarışmalarda da qızıla layiqdir: "Mən çox əziyyət çəkirəm. İnşallah, yenə əziyyət çəkib, qızılı qazanacam". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi