Yuxarı

Yekaterina Sarıyeva: "Çıxışımdan razı qalmadım"

Üç təkanla tullanma yarışında iştirak edəcəm və qızıl medal qazanacağıma ümid edirəm

Bakı. 22 iyun. REPORT.AZ/ "Bugünkü çıxışımdan razı qalmadım. Səbəbi isə dünən çıxış edib yorulmağım və havanın isti olmasıdır". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qadınlar arasında uzunluğa tullanma yarışında Azərbaycanı təmsil edən Yekaterina Sarıyeva deyib.

Qadın atlet qarşıdan Avropa çempionatının gəldiyini və həmin yarışda çıxış edəcəyini bildirib: "Üç təkanla tullanma yarışında iştirak edəcəm və qızıl medal qazanacağıma ümid edirəm. Bu yarış Rio-2016-ya lisenziya verəcək. Mən lisenziya qazansam, çox yaxşı olacaq".

Qeyd edək ki, Yekaterina Sarıyeva uzunluğa tullanma yarışında 5-ci pillədə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi