Azərbaycan "Bakı 2015"də daha bir qızıl medal qazanıb - FOTO

Azərbaycan "Bakı 2015"də daha bir qızıl medal qazanıb - FOTO Osetin əsilli güləşçimiz gürcü rəqibini 3:1 hesabı ilə məğlub edərək Avropa Oyunlarının qızıl medalına sahib olub
Avropa Oyunları
17 İyun , 2015 21:10
Azərbaycan Bakı 2015də daha bir qızıl medal qazanıb - FOTO

Bakı. 17 İyun. REPORT.AZ/ Azərbaycan Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ilk günü daha bir qızıl medal qazanıb.

"Report"un məlumatına görə, Avropa Oyunlarının sərbəst güləş yarışlarında Azərbaycanı 97 kq çəkidə təmsil edən Xetaq Qazyumov Heydər Əliyev adına İdman Sarayında keçirilən final qarşılaşmasında Gürcüstan təmsilçisi Elizbar Odikadze ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən final görüşündə osetin əsilli güləşçimiz gürcü rəqibini 3:1 hesabı ilə məğlub edərək Avropa Oyunlarının qızıl medalına sahib olub.

Sərbəst güləş üzrə yarışlar sabah da davam edəcək və son dörd çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

FOTO: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi