​Xaybula Musalov: "Qalibi mühakimə etmirlər"

​Xaybula Musalov: "Qalibi mühakimə etmirlər" "Əgər birinci deyiləmsə, ümumiyyətlə medal almamaq daha yaxşı olardı"
Avropa Oyunları
27 İyun , 2015 21:07
​Xaybula Musalov: Qalibi mühakimə etmirlər

Bakı. 27 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları çərçivəsində keçirilən boks yarışında gümüş medal qazanan Xaybula Musalov görüşdən sonra fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, 75 kq çəkidə ikinci olan idmançı döyüşün bərabər keçdiyini deyib:

"Qalibi mühakimə etmirlər. Başqa heç nə deyə bilmərəm. Hər şey Allahın əlindədir, deməli belə olmalı idi. Mən əlimdən gələni etmişəm. Mən maksimalist insanam. Gümüş medal elə də yaxşı deyil. Əgər birinci deyiləmsə, ümumiyyətlə medal almamaq daha yaxşı olardı. Təskinlikverici odur ki, Dünya çempionatına vəsiqə qazandım. İnşallah orda Olimpiadaya vəsiqə qazanmağa çalışacağam".

Son xəbərlər

Orphus sistemi