​Vrotslav şəhərinin meri: İlk Avropa Oyunlarının harada keçirildiyini hamı xatırlayacaq

​Vrotslav şəhərinin meri: İlk Avropa Oyunlarının harada keçirildiyini hamı xatırlayacaq "Oyunların keçirilməsi qonaqlar a Azərbaycanın necə dost ölkə olduğunu görmək imkanı yaradacaq"
Avropa Oyunları
21 May , 2015 05:45
​Vrotslav şəhərinin meri: İlk Avropa Oyunlarının harada keçirildiyini hamı xatırlayacaq

Vrotslav. 21 may. REPORT.AZ/ "Azərbaycanın Avropa Oyunlarının keçirilməsindən qabaq və ya geri düşəcəyini deyə bilmərəm, lakin əminliklə vurğulaya bilərəm ki, siz ölkənin irəli getməsi baxımından qazanacaqsınız".

"Report" xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərlə görüşündə Polşanın Vrotslav şəhərinin meri Rafal Dutkeviç 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa Oyunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Oyunların keçirilməsi xarici qonaqlara Azərbaycanın necə dost ölkə olduğunu, böyük tədbirlər keçirməyi bacardığını göstərrmək imkanı verəcək:

"Bu Oyunlardan çox böyük uğur gələ bilər. Hamı birinci olduğunu xatırlayacaq, ikincini yox. Ona görə hamı xatırlayacaq ki, ilk Avropa Oyunları harada keçirilib".

R.Dutkeviç, həmçinin ölkəmizə bu tədbirin keçirilməsində uğurlar arzu edib. Vrotslav və Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsindən danışan mer bildirib ki, azərbaycanlı jurnalistlərlə görüşündən sonra Azərbaycan şəhərlərindən biri ilə münasibətlərin qurulması haqqında məsələnin araşdırılması xahişi ilə müvafiq qurumlara müraciət edəcək.

Son xəbərlər

Orphus sistemi