Ukraynalı üzgüçü: "Rusiya və İspaniyanı özümə əsas rəqib görürəm"

Ukraynalı üzgüçü: "Rusiya və İspaniyanı özümə əsas rəqib görürəm" Yelizaveta Yaxno: "Hər şey yaxşı düşünülüb"
Avropa Oyunları
13 İyun , 2015 10:57
Ukraynalı üzgüçü: Rusiya və İspaniyanı özümə əsas rəqib görürəm

Bakı. 13 iyun. REPORT.AZ/ "Təşkilatçılıq yüksək səviyyədədir. Hər şey yaxşı düşünülüb. Buranın insanları da mehribandır". Bunu "Report"a açıqlamasında ukraynalı qadın sinxron üzgüçüsü Yelizaveta Yaxno deyib.

Qonaqpərvərlikdən və təşkilatçılıqdan razı qalan Yaxno çıxışı zamanı həyəcanlı olduğunu bildirib: "Emosiyalar olsa da, onlarla bacarıram. Məşqçimiz bizə psixoloji, mənəvi baxımdan kömək edir. Bundan daha yaxşısını da etmək olar. Düşünürəm ki, finalda daha yaxşı çıxış edə bilərəm. Bu mərhələdə Rusiya və İspaniyanı özümə rəqib olaraq görürəm".

Y.Yelyzaveta Azərbaycan təmsilçisi Yekaterina Valiulinanı finalda özünə rəqib görmədiyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi