“Twitter”də #Baku2015" açar sözü ilə 18 307 tvit yazılıb

“Twitter”də #Baku2015" açar sözü ilə 18 307 tvit yazılıb #EuropeanGames açar sözü ilə 209 istifadəçi 2 573 tvit yazıb ki, bunlardan 1 926-sı hiperlinki olan tvitlərdir
Avropa Oyunları
4 İyun , 2015 20:53
“Twitter”də #Baku2015 açar sözü ilə 18 307 tvit yazılıb

Bakı. 4 iyun. REPORT.AZ/ “Twitter” sosial şəbəkəsinin Azərbaycan seqmentinin analizi, trendlərin və statistikanın müəyyən olunması ilə məşğul olan “Aztwi.com” saytı I Avropa Oyunları mövzusu ilə bağlı araşdırma aparıb.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən bildirir ki, #Baku2015 açar sözü ilə tvit yazan istifadəçilərin sayı 540 nəfər olub. Onlar ümumilikdə 18 307 tvit yazıblar. Bunlardan 5 351-i hiperlinki olan tvitlərdir, yəni bu tvitlər vasitəsilə hər hansısa bir saytdan xəbər paylaşılıb.

#Baku2015 açar sözünü yazanların 74,6%-i bunu stasionar kompüter və ya noutbuk vasitəsilə edib.

#EuropeanGames açar sözü ilə 209 istifadəçi 2 573 tvit yazıb ki, bunlardan 1 926-sı hiperlinki olan tvitlərdir. #EuropeanGames açar sözünü yazanların 70,9%i stasionar kompüter və ya noutbukdan istifadə edib.

Mobil telefon vasitəsilə tvit yazan istifadəçilərdən isə Android istifadəçiləri #Baku2015 açar sözünə, iOS istifadəçiləri isə #EuropeanGames açar sözünə üstünlük veriblər.

Son xəbərlər

Orphus sistemi