Yuxarı

​Türkiyə təmsilçisi: "Bakı 2015"in təşkilatçılığı "London-2012"dən üstündür"

Ozan Çetinər: Başqa yerə gedəndə həmin standartlarla qarşılaşmırıq

Bakı. 10 iyun. REPORT.AZ/ "Bakı 2015"in təşkilatçılığı 2012-ci il London Yay Olimpiya Oyunlarının standartlarından üstündür".

"Report" Türkiyənin "Haberler" saytına istinadən xəbər verir ki, bunu "Bakı 2015" I Avropa Oyunlarında Türkiyə nümayəndə heyəti başçısının müavini Ozan Çetinər bildirib.

"Otaqların, əşyaların, yeməklərin təmizliyi və təqdim olunan başqa imkanlar çox yüksək səviyyədədir. Əslində, biz türklər təşkilatçılığı çox yüksək səviyyədə bacarırıq. Standartları daha yuxarı qaldırırıq. Ancaq sonra başqa yerə gedəndə həmin standartlarla qarşılaşmırıq", - o vurğulayıb.

Saytda Atletlər kəndində idmançılar üçün yaradılan şəraitin çox yüksək olduğu ayrı-ayrı bölmələr barədə ətraflı məlumat verilib. 

Bundan başqa, "Haberler"də Atletlər kəndi barədə videoçarxda yüklənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi