Tünzalə Ağayeva II Avropa Oyunlarının Ulduz səfiri elan olunub

Tünzalə Ağayeva II Avropa Oyunlarının Ulduz səfiri elan olunub Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva “Minsk 2019” II Avropa Oyunlarının Ulduz səfiri elan olunub.
Avropa Oyunları
120
1 May , 2019 11:34
Tünzalə Ağayeva II Avropa Oyunlarının Ulduz səfiri elan olunub

Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva “Minsk 2019” II Avropa Oyunlarının Ulduz səfiri elan olunub.

“Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, Belarusun Azərbaycandakı səfirliyində baş tutan tədbirdə bəsktəkar-müğənniyə bununla bağlı müvafiq sertifikat təqdim edilib.

Qeyd edək ki, Ağayevə əvvələr “Bakı 2015” I Avropa Oyunları, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları və “Formula 1” üzrə Azərbaycan Qran-prisinin də Ulduz səfiri olub.

Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.

Son xəbərlər

Orphus sistemi