Yuxarı

​Tünzalə Ağayeva "Bakı 2015" I Avropa Oyunlarına həsr etdiyi himni təqdim edib

Himn Bakımın üzü gülür adlanır

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Coca Cola"nın Oyunlara həsr etdiyi himn və videoçarxın təqdimat mərasimi keçirilib. "Report"un məlumatına görə, "Fairmont" hotelində baş tutan tədbirdə "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, "Bakı 2015"in Ulduz Elçiləri Tünzalə Ağayeva, Rafael Dadaşov və Coşqun İsgəndərov, "Azerbaijan Coca Cola Bottlers"in baş meneceri Cem Becel və bir sıra idmançılar iştirak ediblər.

Tədbirin açılışında çıxış edən S.Kleqq təşviqat kampaniyasından söz açıb. O, "Coca Cola"nın "Bakı 2015"dəki rolundan və dəstəyindən danışıb. Sonda baş menecer şirkətin təqdim etdiyi xidmətlərdən Oyunlar zamanı hər kəsin razı qalacağını deyib.

Tədbirin gedişində Tünzalə Ağayevanın ifasında "Coca Cola"nın I Avropa Oyunlarına həsr etdiyi himn səsləndirilib və videoçarx qonaqlara təqdim edilib. Himn "Bakımın üzü gülür" adlanır.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi