Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib - EKSKLÜZİV

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib - EKSKLÜZİV “II Avropa Oyunlarında təşkilatçılıq yüksək səviyyədə idi. Avropa Olimpiya Komitələri (EOC) və “Minsk 2019”un Koordinasiya Komissiyası işinin öhdəsindən gəldi. Buna görə şadıq”.
Avropa Oyunları
2 İyul , 2019 15:25
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib - EKSKLÜZİV
Tomas Bax

“II Avropa Oyunlarında təşkilatçılıq yüksək səviyyədə idi. Avropa Olimpiya Komitələri (EOC) və “Minsk 2019”un Koordinasiya Komissiyası işinin öhdəsindən gəldi. Buna görə şadıq”.

Bunları “Report”a eksklüziv açıqlamasında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax “Minsk 2019” II Avropa Oyunları haqqında danışarkən deyib. 66 yaşlı almaniyalı funksioner Oyunların çox yaxşı keçirildiyini bildirib.

O, “Bakı 2015” I Avropa Oyunları və “Minsk 2019” II Avropa Oyunları arasında paralel apararkən bildirib ki, heç vaxt iki yarışı müqayisə etmək lazım deyil: “Hər yarış fərqli, özünəməxsus olur. Bakıdakı Avropa Oyunları çox yaxşı təşkil edilmişdi. Minskdəki yarış da yaxşı keçdi”.

Qeyd edək ki, “Minsk 2019” 21 – 30 iyunu əhatə edib. Azərbaycan yığması yarışlarda 5 qızıl, 10 gümüş və 13 bürünc medal qazanmaqla, komanda hesabında 10-cu olub. İlk yeri isə 44 qızıl, 23 gümüş və 42 bürünc medalla Rusiya tutub. III Avropa Oyunları 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi