​Teymur Məmmədov: “Qələbəni yeni doğulacaq oğluma həsr edirəm”

​Teymur Məmmədov: “Qələbəni yeni doğulacaq oğluma həsr edirəm” "Özümü ikiqat xoşbəxt hiss edirəm"
Avropa Oyunları
25 İyun , 2015 21:32
​Teymur Məmmədov: “Qələbəni yeni doğulacaq oğluma həsr edirəm”

Bakı. 25 İyun. REPORT.AZ/ "Çox xoşbəxtəm. Həm qızıl medal qazanmışam, həm də bu medalı mənə cənab prezidentimiz təqdim edib. Buna görə özümü ikiqat xoşbəxt hiss edirəm. Bilmirəm ki, nə deyim". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycan boksçusu Teymur Məmmədov deyib. 

81 kq çəki dərəcəsində qalib olan 22 yaşlı idmançı italiyalı Valentino Manfredonia ilə final görüşünün elə də ağır keçmədiyini bildirib: "Döyüş o qədər ağır keçmədi. Mən hamıdan güclü idim. Yarımfinalda rusiyalı Pavel Silyagini yendikdən sonra başa düşdüm ki, məni saxlamaq olmaz, çempion olmalıyam". 

Gələcək planları barədə danışan T.Məmmədov deyib ki, məqsədi qarşıdakı dünya çempionatında uğurla çıxış edərək, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdan ibarətdir. O, məşqlərə davam edəcək: “Mən dayanmayacağam. Məqsəd qoymuşam ki, Olimpiadada iştirak edim. Dünya çempionatına lisenziya qazanmalıyam”. 

Gənc boksçu qızıl medalı yaxın vaxtlarda dünyaya gələcək oğluna həsr etdiyini də vurğulayıb. 

Qeyd edək ki, Teymur Məmmədov Azərbaycanın 15-ci qızıl medalının sahibi olub. 

Son xəbərlər

Orphus sistemi