Yuxarı

Tayfur Əliyev: "Avropa Oyunlarında çempion ola bilərəm"

Növbəti döyüşə daha yaxşı hazırlaşacağam

Bakı. 22 iyun. REPORT.AZ/ "Əvvəlki döyüşümdən özümün də xoşum gəlməmişdi. Çünki səhvim çox idi". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarının boks yarışında təmsil edən Tayfur Əliyev deyib.

56 kq çəkidə yarımfinala yüksələn 18 yaşlı boksçu qızıl medal şanslarının da olduğunu bildirib: "Əvvəlki döyüşə baxdım və oradakı səhvlərimi bu döyüşdə təkrarlamadım. İnanıram ki, həmin məşqin nəticəsidir ki, mən bu gün qalib gəldim. Növbəti döyüşə daha yaxşı hazırlaşacağam. Bu döyüşdəki səhvlərim isə texniki səhvlər idi. Ümid edirəm ki, finala vəsiqə qazanacağam. Özümə inanıram. Çətin olsa da, bu yarışda çempion ola bilərəm".

Qeyd edək ki, Tayfur Əliyev 1/4 finalda danimarkalı Frederik Yenseni 3:0 hesabı ilə məğlub edərək, ən azı bürünc medalı təmin edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi