Bakıdakı yarışlardan birində tamaşaçılar üçün əlavə sektorlar açılıb

Bakıdakı yarışlardan birində tamaşaçılar üçün əlavə sektorlar açılıb Saymon Kleq: "Sabah yollardakı məhdudiyyət müəyyən vaxtı əhatə edəcək"
Avropa Oyunları
19 İyun , 2015 10:55
Bakıdakı yarışlardan birində tamaşaçılar üçün əlavə sektorlar açılıb

Bakı. 19 iyun. REPORT.AZ/ "Dünənki yarışlar da çox uğurlu keçib. Həmçinin yarışlar dünyaya çox yüksək səviyyədə yayımlandı. İyunun 18-də müxtəlif 14 məkanda 7 idman növü üzrə yarışlar baş tutub". "Report" xəbər verir ki, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq keçirdiyi mətbuat konfransında deyib.

"Artıq Bilgəh çimərliyi ənənəvi funksiyalarına qayıdacaq. Suya tullanma uğurlu alındı. Hətta orada tamaşaçılar üçün əlavə sektorlar açılıb. Belə ki, suya tullanma məkanında 1600-dan çox əlavə yer təmin olunmuşdu", - o bildirib

S.Kleq qeyd edib ki, bu gün velosipedçilər yolla tanış olacaqlar: "Ona görə də sabahdan Bakıda bəzi yollar bağlı olacaq. Qadınlar arasında velosipedçilərin yarışı sabah baş tutacaq. Bakıda sabah üçün küləkli hava proqnozlaşdırılır. Bu da velosipedçilərə təsir edə bilər. Təbii ki, yollardakı məhdudiyyət müəyyən vaxtı əhatə edəcək". 

Baş direktor bildirib ki, bu gün 12 idman növü üzrə yarışlar təşkil olunacaq: "Bu gün həm stolüstü tennis, həm də taekvando üçün son gündür. Oyunlar bitdikdən sonra həmin məkanlar badminton və digər idman növləri üçün hazırlanacaq".

Son xəbərlər

Orphus sistemi