Yuxarı

Rusiyanın taekvondo yığmasının Avropa Oyunları üçün heyəti açıqlanıb

Qonşu ölkə Bakıda bütün çəkilərdə təmsil olunacaq

Bakı. 12 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında iştirak edəcək taekvondo üzrə Rusiya milli komandasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, Rusiyanı Oyunlarda 8 tatami ustası təmsil edəcək.

Onlar bütün çəki dərəcələrində mübarizə aparacaqlar. Aleksandra Lıçaqina (49 kq), Yekaterina Kim (57 kq), Anastasiya Barışnikova (67 kq) və Olqa İvanova (73 kq) qadınların, Arman Urqaliyev (58 kq), Aleksey Denisenko (68 kq), Albert Qaun (80 kq) və Vladislav Larin (87 kq) kişilərin yarışına qatılacaq. 

Qeyd edək ki, iyunun 16-da start götürəcək və 4 gün davam edəcək taekvondo yarışlarında ümumilikdə 8 çəki dərəcəsində 128 kişi və qadın idmançı mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi