Yuxarı
    Bağlamaq

    ​Taekvondo üzrə Olimpiya mükafatçısı: "Bakıya gəlişimi səbirsizliklə gözləyirəm"

    Lutalo Məhəmməd: Bu, böyük bir hadisə olacaq

    Bakı. 9 İyun. REPORT.AZ/ "İlk Avropa Oyunlarının keçiriləcəyi Bakıya gəlişimi səbirsizliklə gözləyirəm. Mən Atletlər Kəndinə gələcəyim anın tezliklə baş verməsini istəyirəm". "Report" İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə ingilis taekvondoçusu, Böyük Britaniya komandasının tərkibində 2012-ci il London Olimpiya Oyunlarında bürünc medal qazanan Lutalo Məhəmməd bildirib.

    İdmançı bildirib ki, o, yarışlardan əvvəl diqqətini tam olaraq bu tədbirə cəmləmək istəyir. "Mən bu böyük idman yarışlarında iştirak etmək üçün ora yollanıram və bunu səbirsizliklə gözləyirəm, güman edirəm ki, bu, möhtəşəm bir idman hadisəsi olacaq", - L.Məhəmməd qeyd edib.

    "Bu, gələn ilə hazırlıq keçməyimiz baxımından çox vacibdir. Avropada taekvondo üzrə güclü komandalar var və yarışlarda qələbə qazanmaq heç də asan olmayacaq", - idmançı bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi