Yuxarı

​Sinxron üzgüçülükdə fərdi yarışların final mərhələsinin qalibləri məlum olub

Qızıl medalın sahibi rusiyalı üzgüçü Neborako Anisia olub

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında sinxron üzgüçülükdə fərdi yarışların final mərhələsi başa çatıb. "Report" xəbər verir ki, yarışların yekununda qızıl medalın sahibi 170.9924 xalla rusiyalı üzgüçü Neborako Anisia olub.

Fərdi yarışların final mərhələsinin gümüş və bürünc medallarına isə 162.9758 xalla İspaniya və 162.4333 xalla Avstriya idmançıları sahib çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi