Səbinə Abdullayeva: "Əfsuslar olsun ki, dizimdəki zədə öz təsirini göstərdi"

Səbinə Abdullayeva: "Əfsuslar olsun ki, dizimdəki zədə öz təsirini göstərdi" 57 kq çəki dərəcəsində mübarizə aparan Abdullayeva final görüşündə İnna Çernyaka məğlub olaraq gümüş medala layiq görülüb
Avropa Oyunları
26 İyun , 2015 23:11
Səbinə Abdullayeva: Əfsuslar olsun ki, dizimdəki zədə öz təsirini göstərdi

Bakı. 26 İyun. REPORT.AZ/ Azərbaycanın 57 kq-dək çəki dərəcəsindəki gözdən əlil qadın cüdoçusu Səbinə Abdullayeva yarışlarda bağlı təəssuratları "Report"la bölüşüb.

Qeyd edək ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Abdullayeva final görüşündə İnna Çernyaka məğlub olaraq gümüş medala layiq görülüb.

Paralimpiyaçı cüdoçu deyib: “İlk görüşümdə tez qələbə qazandım və ciddi bir zədə aldım. Dizimdəki ağrıya baxmayaraq, çalışdım ki, yarımfinalda qızıla doğru daha da irəliləyim. Qalib gəldim və zədəm bir az da artdı. Finalda rəqibi udurdum. Əfsuslar olsun ki, dizimdəki zədə öz təsirini göstərdi. Mən də istərdim ki, himnimiz çalınsın".

Son xəbərlər

Orphus sistemi