Yuxarı

Saymon Kleqq: "Bir-iki gündən sonra işlərimiz tam başa çatacaq"

Təşkilat Komitəsinin işi bəzi hallarda sərt idi

Bakı. 29 iyun. REPORT.AZ/ "İşimə görə “Dostluq” ordeni ilə təltif edildiyim üçün Azərbaycan Prezidenti İlham Əliyevə və xalqınıza çox təşəkkür edirəm". "Report"un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “Bakı 2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Əməliyyatlar üzrə direktoru Saymon Kleqq deyib.

2500 xarici nümayəndənin Oyunların yüksək şəkildə təşkili üçün əlindən gələni etdiklərini bildirən S.Kleqq görülən işlərin yüksək fəxrlə həyata keçirildiyini söyləyib: "Təşkilat Komitəsinin işi bəzi hallarda sərt idi. Bir-iki gündən sonra işlərimiz tam başa çatacaq. Yayımçılar və mətbuata bizə inandığınıza görə təşəkkür edirəm. Sizin dəstəyiniz olmasa idi, Oyunlar böyük nailiyyətə çevrilə bilməzdi. 12 min 500-dən artıq könüllü və məşəl daşıyanlar var idi. Onlar əllərindən gələni edirdilər ki, Azərbaycanın adını ucaltsınlar. Açılış mərasimi bənzərsiz nailiyyət idi".

"Əsas söz miras sözü idi. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, qara kapitalı insan kapitalına çevirmək əsas məqsədimizdir. Biz də bu məqsədə çatmaq üçün əlimizdən gələni etdik" - deyə S.Kleqq bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi