Yuxarı

Saymon Kleq: "Bakı 2015"in bağlanış mərasimi açılışdan fərqli olacaq"

Hətta səhnə fokusu da fərqlənəcək

Bakı. 19 iyun. REPORT.AZ/ "Birinci Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar sirrləri aça bilməyəcəm. Sadəcə onu deyə bilərəm ki, bu mərasim açılışdan fərqli olacaq. Hətta səhnə fokusu da fərqlənəcək". "Report" xəbər verir ki, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib

O, I Avropa Oyunlarının təşkilatçılıq səviyyəsindən məmnun qaldığını bildirib: "Mən çox məmnunam. Qısa müddət ərzində görülən işlərin nəticəsidir ki, hər şey insanların ürəyincədir. Bütün günü pərdə arxasındakı işlərlə maraqlanıram. Jurnalistlərin və bir çoxlarının görmədikləri məkanlara baş çəkirəm. Pərdə arxasında çox gərgin iş gedir. Bütün əziyyəti keçən insanlara dərin təşəkkürümü çatdırıram. Çünki çox nümunəvi iş görürlər. Ümumilikdə çox məmnunam və fəxarət hissi keçirirəm ki, Oyunlar məhz burada keçirilir.

Tamaşaçıların iştirakından da məmnunam. Baxmayaraq ki, bu, Azərbaycan üçün yeni bazardır. Belə bir tədbirlərə bilet almaq ənənəsi tədricən insanlara aşılanır. Ona görə də yaxşı plan tərtib etmişdik. Biletlərin qiyməti ucuzdur. Hətta 16 yaşına qədər olan uşaqlar məkanlara pulsuz buraxılırlar. Eyni zamanda, fiziki cəhətdən məhdudiyyətləri olan şəxslər də yarışları pulsuz olaraq canlı izləyə bilərlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi